Google Earth

Google Earth — bütün dünyanın peyklərindən çəkilmiş müxtəlif dəqiqlikdəki görüntülərin görüldüyü, Google Labs tərəfindən alınan Keyhole adlı şirkətin təkmilləşdirdiyi bir kompüter proqramıdır. Sıx məskunlaşılan bəzi regionların detallı görüntüləri, internetdəki səhifəsindən endirilən proqramı kompütere yükləyərək araşdırıla bilər. 2005-ci il iyununda sadəcə ABŞ-ın bütövlükdə yüksək detallı görüntüləri mövcudikən, 2006-cı il iyundan etibarən dünyadakı şəhərlərin böyük bir qisminin detallı görüntüləri mövcuddur. Proqramda, koordinatları verilən nöqtəyə çatmaq mümkündür. Proqram ilk eşidildiyində, Rus Gizli Servisi, bu xidmətin, terorist hücum planlayanlara köməklik göstərəcəyini söyləyərək xidmətin dayandırılmasını tələb etmişdi. Ancaq bənzər peyk görüntülərinin kiçik bir ödəniş qarşılığında internette satıldığı göz önünə alınaraq əlaqədar məhkəmədə iddia ləğv olunmuşdur. Ayrıca Google təhlükəsizlik üçün hal-hazırki görüntülərin yerinə sadəcə bu gündən bir neçə il əvvələ aid görüntüləri paylaşıma təqdim etmişdir.


Developed by მერაბ მგელაძე