Piter Cekson

Piter Cekson
Piter Robert Cekson
PeterJacksonCCJuly09.jpg
Piter Cekson konfransda
İlk adı: Piter Robert Cekson
Doğum tarixi: 31 oktyabr 1961 (1961-10-31) (56 yaş)
Doğum yeri: Flag of New Zealand.svg Yeni Zelandiya
Həyat yoldaşı: Fran Valş (1987 - günümzə)
Peşələri: Rejissor, operator, ssenari müəllifi, bədii rəhbər
Karyerası: 1976 - günümzə

Piter Robert Ceckson , (d. 31 oktyabr 1961) - üç dəfə Oskar Mükafatı qazanmış Yeni Zelandiyalı film prodüseri, ssenaristi və rejissoru.

İlk olaraq Bad Taste adlı filmini 1987-ci ildə çəkdi. Bu filmin aldığı müsbət menasibətlərdən sonra Meet the Feebles adlı kinoya (1989) rejissorluq etdi. Ancaq bu film, Bad Taste qədər müvəffəqiyyətli ola bilmədi. 1993-ci ildə Weta Digital adlı şirkət qurdu. Cənnət Varlıqları filmi ilə ilk Oskar mükafatı namizədliyini qazandı. Özünün ilk böyük büdcəli Hollywood filmi olan Sevimli Ruhlar kinosu 1996-ci ildə nümayişə buraxıldı. Uşaqlığından bəri J. R. R. Tolkindən Üzüklərin Hökmüdarı romanlarına heyran olan Cekson, əsərlərin hüquqlarını satın aldıqdan sonra üç hissəli əsəri ağ pərdəyə köçürdü. Rejissor, ilk filmdəki işiylə üç nominasiyada Ən Yaxşı Film, Rejissor və Uyğunlaşdırma Ssenari nominasiyaları üzrə Oskar Mükafatına namizəd oldu. Üçüncü film Kralın Dönüşü, Ceksona Ən Yaxşı Film, Rejissor və Uyğunlaşdırma Ssenari sahələrində Oskar Mükafatı qazandırdı. Üzüklərin Hökmüdarı əsərindən sonra Kinq Kongun (2005) filminə rejissorluq etdi.


Developed by მერაბ მგელაძე