Google

Google
Google 2015 logo.svg
Veb-sayt www.google.com
Tipi
axtarış sistemi
Dillər çoxdillidir
Sahibi Sergey Brin,Larri Peyc
Müəllifi Larry Peyc
Açılıb 15 sentyabr 1997[1]
Gəlir 11 mlrd $ (2016)

Google (azərb. Quql) — dünyanın ən böyük axtarış sistemlərireklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən Transmilli şirkətidir. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir.

Google <quql> - 1. İnternetdə axtarış, buludlu hesablamalar (CLOUD COMPUTING) və reklam texnologiyaları sahələrinə investisiya qoyan transmilli şirkət. Mənzil-qərargahı Mountain View şəhərində (Kaliforniya, ABŞ) yerləşir. 1998-ci ildə Stenford Universitetinin məzunları Larri Peyc (Larry Page) və Sergey Brin tərəfindən yaradılıb. Sistem və uyğun şirkət öz adını qiyməti 10100 olan “quqol” (googol) riyazi kəmiyyətindən alıb; bu termin ötən əsrin 30-cu illərində amerikalı riyaziyyatçı Edvard Kasner tərəfindən daxil edilib. Şirkət əsasən özünün nəhəng Google axtarış sistemi ilə məşhurlaşıb. Şirkətin Gmail poçt xidməti, Google+ və Google Buzz sosial alətlər kimi onlayn-məhsulları da vardır. Bundan başqa, Google özünün Google Chrome brauzeri, fotoqrafiyalarla işləmək üçün Picasa proqramı və Hangouts ani məlumat mübadiləsi proqramı ilə tanınır. Smartfonlarda istifadə olunan Android mobil əməliyyat sistemi də Google şirkətinin məhsuludur.

2. İnternetdə ən populyar nəhəng axtarış sistemi. Google Inc şirkətinə məxsusdur. 1996-cı ildə Stenford Universitetinin tələbələri Larri Peyc (Larry Page) və Sergey Brin tərəfindən tədris layihəsi kimi yaradılıb. BackRub adlanan bu layihənin əsasında onlar 1998-ci ildə yeni Google axtarış sistemini yaratmışlar. Google PDF, RTF, PostScript, Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint və başqa formatlı sənədlərdə axtarışı dəstəkləyir. Axtarış sisteminin belə populyar olması ingilis dilində yeni sözün yaranmasına səbəb olub: “to google”, yaxud “to Google” – “quqllamaq”. Bu feil İnternetdə Google sisteminin köməyi ilə axtarış aparmağı bildirmək üçün istifadə olunur. Bax: SEARCH ENGINE.

Stenfordda Tibb məktəbinin iki tələbəsi, Larry PageSergey Brin, Google-ni 1998-ci ildə başlanğıc sərmayəsi 25 milyon dollar olaraq qurdular. Şirkətin GooglePlex adlanan mərkəzi işyeri Kaliforniyada yerləşir və dünyada 5000-ə yaxın işçisi var. Şirkətin sərmayə ortaqları, Kleiner Perkins Caufield & Byers və Sequoia Capitalı dırlar.

Baş ofisi Mauntin Vyuda (Kaliforniya) yerləşir

  1. "WHOIS — google.com". http://reports.internic.net/cgi/whois?whois_nic=google.com&type=domain. İstifadə tarixi: 27 yanvar 2009.

Developed by მერაბ მგელაძე